HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsinin açılış mərasimi olub

HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsinin açılış mərasimi olub
# 23 iyun 2020 13:54 (UTC +04:00)

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR