MN Tərtərdə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara aydınlıq gətirib

MN Tərtərdə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara aydınlıq gətirib
# 17 iyun 2020 19:01 (UTC +04:00)

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR