Müdafiə Nazirliyi: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

Müdafiə Nazirliyi: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir
# 27 sentyabr 2020 12:18 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR