PUA heyətləri təlim-məşq uçuşları keçirir - VİDEO

PUA heyətləri təlim-məşq uçuşları keçirir - VİDEO
# 15 aprel 2020 09:52 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR