SIPRI: 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 17% artıb

SIPRI: 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 17% artıb
# 26 aprel 2021 14:43 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın hərbi xərcləri 2019-cu illə müqayisədə 17% artıb.

APA-nın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında dərc olunub.

Hesabatda bildirilib ki, bu artım Şərqi Avropa ölkələri arasında 2020-ci ildə ən böyük nisbi artımdır.

Hesabata görə, hərbi xərclərin artması Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında münaqişədən qaynaqlanıb.

Azərbaycanın hərbi xərcləri 2019-cu ildə ÜDM-nin 3.9%-ni təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 5.4% olub.

SIPRI-nin hesabatına görə, Ermənistanın hərbi xərcləri 2020-ci ildə 2019-cu illə müqayisədə 2,6% azalıb. Bu ölkədə hərbi xərclər 2020-ci ildə ÜDM-nin 4,9%-ni təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR