Vaqif Dərgahlı: "Düşmən ərazisində Azərbaycanın ölən və yaralanan hərbi qulluqçusu yoxdur"

Vaqif Dərgahlı: "Düşmən ərazisində Azərbaycanın ölən və yaralanan hərbi qulluqçusu yoxdur"
# 16 iyul 2020 14:18 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab verib.

V.Dərgahlı APA-ya bildirib ki, erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur: “Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR