Zəngilanda sərhəd zastavasının açılışı olub - FOTO

Zəngilanda sərhəd zastavasının açılışı olub - FOTO
# 05 yanvar 2021 16:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçi­rilən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qar­şısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şücaət və qəhrəmanlıq göstəriblər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düş­mənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Döv­lət bayrağımız sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının pe­şəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

05 yanvar 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin «Bartaz» sərhəd zastavasında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında dövlət bayrağı qaldırıldıqdan sonra şəxsi heyət təbrik edilmiş, Vətəninə, Xalqına, Prezidentinə sadiq, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan Azərbaycan sərhəd­çi­lərinin Azərbaycan Respublikasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş tapşırı­ğını şərəflə yerinə yetirməkdən qürur duymaları xüsusi qeyd edilib.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya, göstərilən yüksək etimada görə təşəkkürlərini bildirib, Ali etimadı şərəfli xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə, bərpa olunmuş müqəddəs sərhədlərimizin bir daha yağı düşmən tərəfindən tapdalanmasına imkan verməyəcəklərinə əmin ediblər.

***

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Qeyd olunub ki, Vətən müharibəsi başladığı ilk günlərdən Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonundakı təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazi işğaldan azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə ağır zərbə endirilib.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR