ANAMA: Humanitar minatəmizləmə əməliyyatları hava şəraitinə uyğun keçirilir

ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

© APA | ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

# 06 may 2021 11:14 (UTC +04:00)

"Humanitar minatəmizləmə əməliyyatları hava şəraitinə uyğun olaraq həyata keçirilir"

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, mayın əvvəlinə kimi Kəlbəcərdə qar örtüyü humanitar minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan vermədiyinə görə həmin ərazilərdə heç bir əməliyyat həyata keçirilməyib: "Lakin Daşkəsəndən Kəlbəcər istiqamətində çəkiləcək elektrik və nəqliyyat xətlərinin keçdiyi ərazilərdə ilkin olaraq müəyyən işləri görülüb. Hazırda hava şəraiti digər qurumlara da infrastrukturun bərpası, nəqliyyat, rabitə xətlərinin çəkilməsinə imkan vermədiyinə görə Agentlik tərəfindən daha prioritet sahələrdə əməliyyatlar davam edir. Təbii ki, hava şəraiti imkan verdikdən sonra digər qurumların sifarişi ilə birgə həmin ərazidə təmizləmə əməliyyatlarına start veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR