Azərbaycan Ordusunun təlimlərində anti-terror əməliyyatına hazırlıqla əlaqədar tapşırıqlar verilib

Azərbaycan Ordusunun təlimlərində anti-terror əməliyyatına hazırlıqla əlaqədar tapşırıqlar verilib
# 18 may 2021 12:10 (UTC +04:00)

Azərbaycan Ordusunun təlimlərində  antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  APA-ya verilən məlumata görə,  təlimlərin növbəti mərhələsində müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR