Azərbaycan sərhədçiləri ermənilərdən götürülmüş hərbi qənimətlərdən xidmətdə istifadə edirlər - FOTO - VİDEO

Ermənilərdən götürülmüş hərbi qənimət

© APA | Ermənilərdən götürülmüş hərbi qənimət

# 11 may 2021 14:41 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mahmudlu Hərbi Poliqonunda olublar.

APA-nın əməkdaşının məlumatına görə, jurnalistlər poliqonu gəzib, burada yaradılmış şəraitlə tanış olublar.

DSX-nın Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib ki, Mahmudlu Hərbi Poliqonunda bölmələrin döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var: “Burada döyüş texnikası, atıcı silahlar, zenit qurğularından və minaatanlardan atəş açmaq və atışların qiymətləndirilməsi imkanları mövcuddur.

Eyni zamanda döyüş texnikalarının trenajor zallarında modulları quraşdırılıb. Şəxsi heyət texnikadan istifadə etməni mənimsəmək üçün trenajorlar üzərində məşqlər keçirə bilirlər”.

Jurnalistlərin diqqətinə o da çatdırılıb ki, Vətən müharibəsində Ermənistan Ordusundan qənimət götürülmüş hərbi texnikalardan bir neçəsi poliqonun ərazisində saxlanılır. Azərbaycan sərhədçiləri yararlı olan həmin texnikalardan da xidmətdə istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR