Jurnalistlər Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar

Jurnalistlər Qubadlıda Mühəndis İstehkam Mərkəzində

© APA | Jurnalistlər Qubadlıda Mühəndis İstehkam Mərkəzində

# 11 may 2021 12:23 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər DSX Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mühəndis İstehkam Mərkəzində olublar.

APA-nın əməkdaşının məlumatına görə, jurnalistlərə bildirilib ki, Mərkəz bu ilin yanvarında istifadəyə verilib.

Sərhədçilər burada sərhədlərin mühafizəsi üçün xidmətə başlayıblar. Xidmət üçün hər cür şərait yaradılıb.

Aparılan xidmət barədə jurnalistlər məlumatlandırılıb, Mühəndis İstehkam Mərkəzində tank və piyada əleyhinə minaların axtarılması, tapılması və zərərsizləşdirilməsi ilə bağlı təlim məşq prosesi keçirilib, şərti minatəmizləmə əməliyyatı nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR