Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - <span class="red_color">VİDEO</span>
# 17 may 2021 16:41 (UTC +04:00)

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

APA-nın məlumatına görə, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR