Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO
# 18 may 2021 10:02 (UTC +04:00)

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR