Vətən müharibəsində şəhid olan hərbçimiz sabah Daşkəsəndə dəfn olunacaq

Vətən müharibəsində şəhid olan hərbçimiz sabah Daşkəsəndə dəfn olunacaq

© APA | Şəhid Elməddin Vəkilov

# 07 may 2021 18:24 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan hərbi quluqçu, baş əsgər Vəkilov Elməddin Nizami oğlu sabah Daşkəsən rayonunda dəfn ediləcək.

APA-nın qərb bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən rayonuna aparılaraq Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun bu gün yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR