Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO

Şəhid kapitan Əbülfəz Rəhmətovun dəfni

© APA | Şəhid kapitan Əbülfəz Rəhmətovun dəfni

# 07 may 2021 17:11 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

13:30

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətov Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunub.


APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, iştirak edib.

Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Hüseynverdi Rəhmətova təqdim olunub.

***

12.52

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilir.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşi dünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR