Zəngilan aeroportunun ərazisində 7.6 hektar ərazi mina və PHS-dən təmizlənib

ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

© APA | ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

# 06 may 2021 11:07 (UTC +04:00)

“Kənd təsərrüfatı istiqamətində artıq 4 milyon kvadratmetrdən çox ərazi təmizlənib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.

O bildirib ki, həmin ərazilər daha çox Zəngilan, Qubadlı və Ağdam rayonlarını əhatə edir: "Bir neçə istiqamətdə isə təmizləmə əməliyyatları davam etdirilir. Həmçinin təməli qoyulan Zəngilan aeroportunda 7.6 hektar ərazi mina və PHS-dan təmizlənib. O cümlədən Zəngilanın I Ağalı kəndi ərazisində 1000 hektar ərazinin partlayıcı qurğulardan təmizlənməsinə başlanılıb və artıq 10 hektara yaxın ərazi tam olaraq təmizlənib. Qalan ərazi isə bu ayın sonu, ən geci gələn ayın əvvəli tam təmizlənib təhvil veriləcək".

Şöbə müdirinin sözlərinə görə, bu müddətdə mina hadisələri də qeydə alınıb: "Agentlik tərəfindən müdaxilə edilərək təxliyənin həyata keçirilməsi, yaralıların və həlak olmuş şəxslərin ərazidən götürülməsi istiqamətində 20 mina hadisəsi qeydə alınıb. Bunlar Ağdam, Füzuli, Cəbrayıl və Tərtər istiqamətində qeydə alınıb. İnsanlara bir daha müraciət edərək, işğaldan azad olunmuş ərazilərə getməmələri, qaydalara riayət etmələri tələb olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR