Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Ermənistanın mülki cinayətləri ilə bağlı hesabatı təqdim edib

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Ermənistanın mülki cinayətləri ilə bağlı hesabatı təqdim edib
# 04 noyabr 2020 16:17 (UTC +04:00)

Bu gün Azərbaycan Hüquq Müdafiə Təşkilatçıları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat təqdim edib.

APA-nın məlumatına görə, bu gün keçirilən tədbirdə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov hesabatı ictimaiyyətə təqdim ediblər.

Hesabatda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə bağlı faktlar və məlumatlar öz əksini tapıb.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR