“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq

“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
# 12 dekabr 2019 16:37 (UTC +04:00)

Avstraliyalı kinorejissor Baz Lurman Mixail Bulqakovun “Master və Marqarita” əsərini ABŞ-da ekranlaşdıracaq.

APA-nın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə layihənin prodüserləri bildiriblər.

Filmin çəkilişlərinə nə zaman başlanılacağı, filmdə hansı aktyorların yer alacağı hələlik məlum deyil.

Qeyd edək ki, B. Lurmanın “Romeo və Cülyetta” filmində hadisələr müasir dövrdə cərəyan edir. Rejissorun bu filmində də hadisələrin müasir dövrdə cərəyan edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR