Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” nümayiş olunacaq

Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” nümayiş olunacaq
# 21 fevral 2020 19:38 (UTC +04:00)

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” komik operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (o tamaşada Almaviva rolunu ifa edəcəkdir) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa etmək üçün) dəvət etmişdir.

Ukraynalı opera sənətkarları ilə yanaşı tamaşada həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR