Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan sənət əsərlərinə baxış keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan sənət əsərlərinə baxış keçirilib
# 05 iyun 2020 15:58 (UTC +04:00)

Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədini daşıyan geniş tərkibdə komissiya təşkil edilib.

Muzeydən APA-ya verilən məlumata görə, Xalq rəssamı Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibi Xalq rəssamları Fərhad Xəlilov, Tofiq Ağababayev, Cəlil Hüseynov, Arif Hüseynov, Səlhab Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Əməkdar mədəniyyət işçisi Toğrul Əfəndiyev, Əməkdar rəssam Natiq Səfərov, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova, Əntiq əşyalar üzrə ekspert Şahin Orucovdan ibarət olub.

Komissiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan, o cümlədən rəssam Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin monitorinqi keçirilib. Monitorinq zamanı, müəyyən edilib ki, əsərlərin hamısı muzeyin İnventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır, onların qorunub saxlanılma şəraiti və vəziyyəti yüksək dəyərləndirilib, əsərlərin orijinallığı təsdiqlənib.

Komissiyanın sədri, Xalq rəssamı Ömər Eldarov çıxış edərək, Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunub saxlanılan əsərlərin saxlanma şəraitindən məmnunluğunu bildirib və onların tam şəkildə beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. O, Səttar Bəhlulzadənin muzeydəki əsərlərinin sayının muzeyin Daxilolma kitabına uyğun olduğunu təsdiqləyib. Komissiya sədri bildirib ki, S.Bəhlulzadənin müəllif olduğu bütün əsərləri həm say baxımından, həm də qeydiyyat baxımından düzgündür. Onların orijinallığına şübhə yoxdur, çünki müəllifin dəst-xətti unikaldır, onu təkrarlamaq qeyri-mümkündür.

Göstərilənləri nəzərə alaraq qeyd edilən komissiyanın üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilib.

Protokolda bildirilir ki, 27 may 2020-ci il tarixində bəzi media resurslarında ölkənin aparıcı muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərin orijinallığına dair iddialar əsassızdır və onlar həqiqəti obyektiv əks etdirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR