Azərbaycanlı rejissorun filmi Londonda nümayiş olunub

Azərbaycanlı rejissorun filmi Londonda nümayiş olunub
# 23 yanvar 2020 10:01 (UTC +04:00)

Azərbaycanlı rejissor və prodüser Elmar İmanovun “Mövsümün sonu”(2019) adlı filmi Londonda “Barbican Cinema”da nümayiş olunub.

APA-nın London bürosunun verdiyi xəbərə görə, nümayişdən sonra E. İmanov və filmin prodüseri Eva Blondiau izləyicilərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Elmar İmanov Azərbaycanda doğulub, 2008-ci ildən etibarən isə Almaniyada yaşayır. O, burada Köln Beynəlxalq Kino məktəbində (İnternationale Filmschule Köln) kinorejissorluq oxuyub. “Mövsümün sonu” filmində bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemlərinə diqqət çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR