Fransanın Azərbaycandakı səfiri Sumqayıt Dövlət Dram Teatrında olub

Fransanın Azərbaycandakı səfiri Sumqayıt Dövlət Dram Teatrında olub
# 21 fevral 2020 20:20 (UTC +04:00)

 

Fransanın Respublikasının Azərbaycandakı səfiri Zakari Gros Sumqayıt Dövlət Dram Teatrının qonağı olub.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqları teatrla tanış edən Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov səfirə teatrın tarixi və repertuarı haqqında məlumat verib.

Səfir teatrın repertuarında Marsel Berkye Marinyenin “Oğru” tamaşasının da yer aldığı barədə məlumatlandırılıb. Məmnunluğunu bilidrən Zakari Gros gələcəkdə Fransa-Azərbaycan teatrları arasındakı əməkdaşlığın ölkələrin qarşılıqlı münasibətlərində əzolunmaz addım olacağını vurğulayıb. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR