Kukla Teatrı balacaları “Qızıl balıq”la sevindirəcək

Kukla Teatrı balacaları “Qızıl balıq”la sevindirəcək
# 13 fevral 2020 16:41 (UTC +04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qızıl balıq” adlı növbəti tamaşanın məşqləri gedir.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Aleksandr Sergeyeviç Puşkinin "Balıqçı və balıq haqqında nağıl" əsasında hazırlanıb. 

Səhnə əsərinin quruluşçu rejissoru Anar Məmmədovdur.

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb. 

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.

Tamaşada obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar.

Azərbaycan və rus bölmələri üzrə hazırlanan tamaşa martın ortalarında balaca teatrsevərlərin ixtiyarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR