Moskvada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerası olacaq

Moskvada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerası olacaq
# 04 fevral 2020 15:27 (UTC +04:00)

Moskvada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerası olacaq.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, "Helikon-opera”da Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerasının təqdimatına hazırlıq işləri gedir.

Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.

“Zoluşka”nın premyerası 1985-ci ildə Bakıd,a Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir qoloqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.

Şarl Perronun əfsanəvi nağılının motivləri əsasında yazılmış operanın süjetində xeyir və gözəllik şər və paxıllığa qalib gəlir. Qonaqpərəst Nağılçı bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edəcək. Tamaşaçılar balqabağın parlaq karetə, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi olacaqlar. Bundan əlavə, teatrda qonaq olan qızlar büllur tuflini geyinib baxa biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR