Opera və Balet Teatrında "Viva Opera" adlı qala-konsert keçiriləcək

Opera və Balet Teatrında "Viva Opera" adlı qala-konsert keçiriləcək
# 04 dekabr 2019 18:34 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala-konsert keçiriləcək.

Teatrın mətubat xidmətindən APA-ya verilən məlumata görə, qala-konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin teatrın xor kollektivi çıxış edəcək.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR