“Oskar” mükafatlı məşhur amerikalı aktrisa Olimpiya Dukakis vəfat edib

#
# 06:14
2 may 2021

“Ayın Gücü" (Moonstruck, 1987) filmindəki roluna görə “Oskar” mükafatına layiq görülən amerikalı aktrisa Olmpiya Dukakis 89 yaşında vəfat edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə aktrisanın bacısı Apollo Dukakis “facebook” səhifəsində yazıb.

“Sevdiyim bacım Olmpiya Dukakis bu səhər Nyu-Yorkda vəfat etdi. Bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra rahatlıqla dincəldi və indi əri Luisin yanındadır”, deyə aktrisanın bacısı vurğulayıb.

Qeyd edək ki, yunan mühacirlərin qızı Dukakis 20 iyun 1931-ci ildə ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Film karyerasına 1960-cı illərdə başlayıb. 56 yaşında “Ayın Gücü” filmindəki yaratdığı obrazına görə “Oscar” və “Qızıl Kürə” mükafatlarının  “Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasını qazanıb. Dukakisin televiziya seriallarında, təxminən 50-dən çox rolu var. O, həmçinin “Steel Magnolias” (1989) filmi ilə də məşhurdur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR