Roman Polanskinin Amerika Kino Sənəti Akademiyasına bərpa olunmaq istəyi rədd edilib

Roman Polanskinin Amerika Kino Sənəti Akademiyasına bərpa olunmaq istəyi rədd edilib
# 26 avqust 2020 12:11 (UTC +04:00)

Polşa əsilli kinorejissor Roman Polanskinin Amerika Kino Sənəti Akademiyasının tərkibinə bərpa edilməsi barədə ərizəsi rədd edilib.

APA-nın “İsvestiya.ru”ya istinadən verdiyi xəbərə görə, Los-Anceles dairəsinin ali məhkəməsi bu barədə qərar verib.

Polanski Amerika Kino Sənəti Akademiyasının üzvlüyünə bərpa edilməsi üçün 2019-cu ildə məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, R. Polanski 1977-ci ildə 13 yaşlı model Samanta Qeymerə təcavüz etməkdə ittiham edilib. Bundan sonra o, ABŞ-ı tərk edib. Məhkəmə işinə hələ də xitam verilməyib. Amerika Kino Sənəti Akademiyası isə 2018-ci ildə rejissoru üzvlükdən çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR