Sevinc Ağasıyevanın solo konserti olacaq

Sevinc Ağasıyevanın solo konserti olacaq
# 18 dekabr 2019 15:56 (UTC +04:00)

Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti keçiriləcək.

APA-nın məlumatına görə, dekabrın 21-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək gecədə əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı da çıxış edəcəklər.

Konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək, Nəsiminin qəzəlləri oxunacaq.

Tədbirdə, həmçinin, musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan “Etməgil” mahnısının klipi təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR