Xalq artisti Murad Hüseynovun ifaları "Mezzo" telekanalında səsləndirilib

Xalq artisti Murad Hüseynovun ifaları "Mezzo" telekanalında səsləndirilib
# 03 dekabr 2019 15:28 (UTC +04:00)

Xalq artisti, pianoçu Murad Hüseynovun ifaları Fransanın “Mezzo” televiziya kanalında səsləndirilib.

APA-nın məlumatına görə, Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın musiqilərinə həsr edilmiş verilişdə M.Hüseynov violin ifaçısı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirib.

Layihə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə reallaşıb.

İfa “Mezzo” klassik musiqi kanalında artıq 50 dəfədən çox yayımlanaraq klassik musiqisevərlər və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb. İfa dünya klassik musiqi pərəstişkarları tərəfindən böyük maraqla qarşılandığından kanal layihəni il ərzində bir neçə dəfə təkrarlamalı olub.

Konsert-layihə dekabr ayı boyunca yenidən tamaşaçılarla görüşə gələcək. Dekabrın ilk konserti ayın 5-də Bakı vaxtilə saat 17:45-də nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR