Amerika aktyoru Norman Lloyd vəfat edib

Amerika aktyoru Norman Lloyd

© APA | Amerika aktyoru Norman Lloyd

# 12 may 2021 10:03 (UTC +04:00)

Amerika aktyoru, rejissoru və prodüseri Norman Lloyd vəfat edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, aktyor Los-Ancelesdə, yaşadığı evdə vəfat edib.

106 yaşlı N.Lloyd dünyanın ən qocaman aktyoru hesab olunurdu. O, Alfred Hiçkokun “Diversant” filmindəki rolu ilə məşhurlaşıb.

N.Lloyd 80 yaşına qədər aktyorluq karyerasını davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR