Anar Kərimov: “Gələcəkdə “Yurdda bayram” festivalını Şuşada da keçirməyə hazırıq”

Nazir Anar Kərimov

© APA | Nazir Anar Kərimov

# 15 noyabr 2021 13:10 (UTC +04:00)

“Bundan sonra da hər il bu festivalın keçirilməsini istəyirik”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

“Ola bilsin növbəti illərdə təkcə Azərbaycan adət-ənənələrini deyil, eyni zamanda türk coğrafiyasını birləşdirən tərəkəmə ənənələrini göstərmək üçün digər dövlətlərdən də bura qonaqlar dəvət edək. Gələcək üçün bunu planlaşdırırıq. Beləliklə də adət-ənənələrimiz vasitəsilə hamımızın birliyini təmin etmək istəyirik. Əminəm ki, bu festival təkcə adət-ənənələrimizin yaşadılmasına deyil, turizmin cəlb edilməsinə də töhfə verəcək”, - o deyib.

Nazir gələcəkdə “Yurdda bayram” festivalının Qarabağda keçirilə biləcəyini də vurğulayıb: “Gələcəkdə mədəniyyətimizin beşiyi olan Şuşada da belə bir festivalın keçirilməsini çox istərdik. Çünki orada məşhur Cıdır düz var ki, həmişə orada bu cür el şənlikləri təşkil olunardı. Tarixən də bu cür şənliklər Şuşada keçirilib. Çünki Qarabağ xanlıqlarının yaylaq-qışlaq ənənələri məhz Şuşaya şamil olunurdu. Ona görə biz “Yurdda bayram” festivalını Şuşada da keçirməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR