Bakıda əlilliyi olan modellərin moda nümayişini keçirib - FOTOLENT

"Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayi

© APA | "Kekalove Adaptive" əlilliyi olan modellərin moda nümayi

# 03 dekabr 2021 21:07 (UTC +04:00)

Bakıda "Kekalove Adaptive" layihəsi çərçivəsində əlilliyi olan modellərin moda nümayişini keçirilib.

APA-nın xəbərinə görə, "Kekalove Adaptive" layihəsinin təsisçisi Məhəmməd Kekalov layihə barədə məlumat verib.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq çıxış edib. O bildirib ki, bu moda nümayişi xüsusi bir günə, beynəlxalq əlillər gününə təsadüf edir.
Səfir Maniq qeyd edib ki, fiziki məhdudiyyətli şəxslər gündəlik həyatda məhdudiyyətlərlə üzləşir, bəzən hüquqlarından məhrum olurlar. Əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onlar üçün rahat və məhdudiyyətsiz mühitin yaradılması vacibdir.

Səfirin sözlərinə görə, ötən il münaqişədən sonra müharibədən qayıdan sağlamlığını itirmiş şəxslər üçün də müvafiq mühitin yaradılması çox vacibdir: "Biz inkluzivliyə sadiqik, onlar cəmiyyətimizin qürurlu üzvləri olmalıdır, onların gizlədəcəyi bir şey yoxdur. Əlillərin üzləşdiyi problemləri azaltmağa töhfə verə bilərik, Kekalovenin də bu layihəsi belə addımlardan biridir."

Daha sonra Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib. O, bu layihənin təqdir etdiyini vurğulayıb.
O bildirib ki, Britaniya səfirliyi və "British Council" inklüziv cəmiyyət üçün, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində Azərbaycanda bir sıra təşəbbüslər reallaşdırıb.
Səfir bu il Tokio Paraolimpiya Oyunlarında azərbaycanlı idmançıların böyük uğurlar qazandığını deyib. Diplomat bildirib ki, onlar müxtəlif çətinliklərə, maneələrə baxmayaraq belə uğurlar qazanaraq cəmiyyətin bütün üzvləri üçün ilham mənbəyinə, rol modelə çevriliblər.

Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə attaşesi də çıxış edib.
O əllilikdə heç bir ayıbın olmadığını, bu insanların daha inklüziv cəmiyyətə inteqrasiyasının önəmini, bütün imkanlara çıxışının vacibliyini vurğulayıb.

USAİD-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Cay Sinx çıxışında bildirib ki, 2020-ci bu layihənin reallaşdırılmasında rol oynayıb. "Əlilliyi olan şəxslərlə işləmək bizim üçün prioritetdir. Biz ötən il regionlarda yaşayan əlilliyi olan şəxslərə hüquqi yardımın göstərilməsi ilə bağlı layihə həyata keçirmişik.
Azərbaycanda əliyi olan şəxslərin rifahının yüksəlməsi və onların hüquqlarının qorunmasında qərarlıyıq. Bu cür layihələrə dəstəyimiz də bunun göstəricisidir."

Daha sonra əlilliyi olan şəxslərin moda nümayişi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR