Əliabbas Qədirovun 75 illik yubileyi keçirilib

Əliabbas Qədirovun 75 illik yubileyi keçirilib

© APA | Əliabbas Qədirovun 75 illik yubileyi keçirilib

# 22 noyabr 2021 13:02 (UTC +04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əli Əmirov adına Mədəniyyət Sarayında Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 75 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən APA-ya verilən məlumata görə, gecədə tanınmış incəsənət xadimləri, aktyor, rejissorlar və yubilyarın ailə üzvləri iştirak edib.

Tədbiri aktyor, bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov açıq elan edərək Xalq artisti Əliabbas Qədirovun həyat və yaradıcılığı, keçdiyi sənət yolu haqqında məlumat verib.

Sonra kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, "Şəfər" ordenli Oqtay Mirqasımov Ə.Qədirovla bağlı xatirələrindən danışıb.

Daha sonra kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov, Əməkdar artist, aktyor və rejissor Elxan Qasımov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, ictimai xadim, pedaqoqika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxış ediblər.

İfaçılardan, Xalq artisti Zaur Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar artist Elza Seyidcahan, Əməkdar artist Rəşad İlyasov, Nazim Əsgərov, Vətən müharibəsi qazisi Məbud Əhmədov öz musiqi töhfələri ilə qonaqlar qarşısında çıxış ediblər.

Sonda görkəmli aktyorun oğlu İlham Qədirov çıxış edərək tədbirdə iştirak edən və gecənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Tədbir Əliabbas Qədirovun rol aldığı "Mesenat" tamaşasından kiçik səhnəciklə sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR