Heydər Əliyev Sarayı şəhidlərə görə konsertin vaxtını dəyişib

Heydər Əliyev Sarayı şəhidlərə görə konsertin vaxtını dəyişib
# 18 noyabr 2021 11:57 (UTC +04:00)

Bu gün Heydər Əliyev Sarayında keçiriləcək "Jazz mix" konsert proqramı təxirə salınıb.

Bu barədə APA-ya Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı məlumat verib.

O, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq konsertin təxirə salındığını və dekabrın 16-a keçirildiyini deyib: “Əldə olunmuş bütün biletlər etibarlıdır”.

“Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR