Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək

Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək
# 05 dekabr 2019 17:16 (UTC +04:00)

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR