"Qazax. Qızıl adamın əhvalatı” filminin premyerası olacaq 

İqor Lopatyonuk və Vera Tomilova

© APA | İqor Lopatyonuk və Vera Tomilova

# 22 noyabr 2021 16:22 (UTC +04:00)

Bu gün Nizami Kino Mərkəzində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev haqqında çəkilmiş “Qazax. Qızıl adamın əhvalatı” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda filmin rejissoru İqor Lopatyonuk və prodüseri Vera Tomilova jurnalistlərin suallarını cavablandırıb.

İ.Lopatyonuk deyib ki, film Nursultan Nazarbayevlə müsahibə əsasında lentə alınıb.

O, filmdə N.Nazarbayevin həyatının uşaqlığından etibarən təsvir olunduğunu diqqətə çatdırıb: "Film ilk dəfə iyulun 6-da, Nazarbayevin doğum günündə Qazaxıstanın “Xabar” telekanalında efirə gedib. Dünya premyerası isə Roma Kinofestivalı çərçivəsində baş tutub. Bundan sonra da filmin bir çox ölkələrdə nümayişi planlaşdırılır".

Həmçinin vurğulanıb ki, çəkiliş prosesi karantin dövrünə təsadüf etdiyi üçün heyətin bəzi üzvləri koronavirusa yoluxub və buna görə çəkiliş prosesi bir qədər ləngiyib.

Qeyd edək ki, məşhur amerikalı rejissor Oliver Stoun da filmin rejissorlarından biridir.

Bu gün axşam Nizami Kino Mərkəzində gün “Qazax. Qızıl adamın əhvalatı” filminin premyerası nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR