Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub - FOTO

Şahbulaq qalasında Zəfər Günü ilə bağlı sərgi 

© APA | Şahbulaq qalasında Zəfər Günü ilə bağlı sərgi 

# 08 noyabr 2021 17:00 (UTC +04:00)

Noyabrın 8-də Azərbaycan rəssamlarının Ağdama səfəri təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyətini Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Xüsusi nümayəndə rəssamlara Ağdam şəhəri, tarixi abidələrin yerləşdiyi ərazilər və aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib.

Daha sonra Şahbulaq qalasında rəssamların sərgisi təşkil olunub. Sərgi 8 Noyabr – Zəfər Gününə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR