"Vaqif" operası nümayiş olunacaq

Əməkdar artist Ramil Qasımov

© APA | Əməkdar artist Ramil Qasımov

# 28 oktyabr 2021 18:08 (UTC +04:00)

Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunub.

Opera tamaşasında teatrın aparıcı solistləri Əməkdar artistləri Ramil Qasımov (Vaqif), Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (şah Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), Elnur Zeynalov (Xanəndə), Xalq artisti Əli Əsgərov (Vəzir), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), Aytən Məhərrəmova (Qarı), Rza Xosrovzadə (Vidadi), Zümrüd Davudova (Gülnar) və başqaları iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

"Vaqif" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR