“Zəhər tuluğu”nun premyerası keçiriləcək - VİDEO

Zəhər tuluğu

© APA | Zəhər tuluğu

# 03 dekabr 2021 14:21 (UTC +04:00)

Dekabrın 22-də Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutacaq. Dekabrın 23-dən isə kinoteatrlarda filmin nümayişinə başlanacaq.

Bu barədə APA-ya filmin baş prodüseri Orxan Mərdan məlumat verib.

Onun sözlərinə görə, sosial dram janrında çəkilən filmin istehsalat prosesi tamamlanıb: "İllər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və tamaşıçılar tərəfindən çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək. Yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib".

Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin informasiya dəstəkçiləri APA İnformasiya Agentliyi, qaynarinfo.az, olay.az, Araz FM və "Xəzər" Televiziyasıdır.

Qala gecəsinə biletləri iTicket saytından əldə etmək mümkündür. 23 dekabrdan etibarən isə kinoteatrlarda yayım başlanacaq.

Biletləri kinoteatrların kassalarından öncədən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR