Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə cizgi filmləri toplusu hazırlanıb
10 sentyabr 2008 11:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbat katibi Zöhrə Əlyeva APA-ya deyib ki, toplunun təqdimatı sentyabrın 17-də Muzey Mərkəzində keçiriləcək. Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə “Mərhəmətin dadı” yeni cizgi filminin, uşaq rəsmləri sərgisinin nümayişi, rəqs kollektivinin çıxışı nəzərdə tutulub. Tədbirdə uşaq evlərinin sakinləri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İncəsənət
Gəncə Filarmoniyasında Süleyman Ələsgərova həsr olunmuş tədbir keçirilib
10:35
17 aprel 2024
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi yenidən təşkil edilib
10:49
16 aprel 2024
Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir
10:13
16 aprel 2024
Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” adlı layihə təqdim olunacaq - VİDEO
11:32
13 aprel 2024