Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Kazımi vəfat edib

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Kazımi vəfat edib
# 10 avqust 2010 06:33 (UTC +04:00)
Bəstəkarın ailəsindən APA-ya verilən məlumata görə, ürək çatışmazlığından əziyyət çəkən O. Kazıminin vəziyyəti dünən pisləşib və o, axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Məmməd oğlu Kazımov (Kazımi) 1932-ci il dekabrın 27-də Astarada anadan olub.

Onun xalq çalğı alətləri üçün konsertləri, Heydər Əliyevə həsr etdiyi (“Millətin oyaq gecəsi”) vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, 60-a qədər teatr tamaşasına bəstələdiyi musiqiləri, operettaları, müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinin əvəzsiz inciləridir.

1992-ci ildə O. Kazımiyə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR