Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrinin sayı haqda UNESCO-da məlumat yoxdur

Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrinin sayı haqda UNESCO-da məlumat yoxdur
# 21 fevral 2007 14:40 (UTC +04:00)
“Azərbaycanın işğal olunan ərazilərindəki mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktı üzrə aparıla bilən monitorinqlərdə UNESCO yalnız ekspertlər səviyyəsində qiymətləndirmə prosesində iştirak edə bilər”. APA-nın məlumatına görə, bu sözləri UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Fuad İsgəndərov deyib. F. İsgəndərovun bildirdiyinə görə, Azərbaycanın mədəniyyət abidələrinin dağıdılmasını ancaq mandatı olan qurumlar açıqlaya bilər. O, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının ölkə mədəniyyətinin tanınması istiqamətində müvafiq işlər görə biləcəyini diqqətə çatdırıb: “UNESCO-nun öz fəaliyyət istiqaməti var. Amma bu o demək deyil ki, baş verənlər haqda UNESCO rəhbərliyi məlumatsız olur. UNESCO-nun lazımi tədbirlərində bu faktlar açıqlanır. Amma dağıdılan abidələrin sayı haqda bizdə məlumat yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR