2006-cı ilin “Oskar” mükafatına Martin Skorsezenin “Dönüklər” filmi layiq görülüb

2006-cı ilin “Oskar” mükafatına Martin Skorsezenin “Dönüklər” filmi layiq görülüb
# 26 fevral 2007 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, münsiflər heyətinin yeksil qərarı ilə Martin Skorsezenin “Dönüklər” filmi 2006-cı ilin ən yaxşı filmi elan edilib. Bu film həmçinin ən yaxşı rejissor və ən yaxşı uyğunlaşdırılmış ssenari kateqoriyalarında “Oskar”a layiq görülüb. “Dönüklər” filmi qanunun müxtəlif tərəflərində yerləşən və daim həyatı ilə risk edən iki insanın tarixçəsindən bəhs edir. Filmin rejissoru Martin Skorseze nəhayət ən yaxşı rejissor kimi “Oskar” alıb. Bu, Martin Skorseze 2006-cı ildə Amerika Akademiyasından aldığını altıncı mükafatdır. Filmin ssenari müəllifi olan Uilyam Monehenə mükafatı aktrisa Helen Mirren və iki “Oskar” sahibi aktyor Tom Henks təqdim edib. Qeyd edək ki, “İlin ən yaxşı filmi” nominasiyasında Steven Frirsez “Kraliça” (The Queen), Klint İstvudun “İvocimadan məktublar” (Letters from Iwo Jima), Conoton Deytonun “Balaca miss Xoşbəxtlik” (Little miss Sunshine) və Alexandra Qonzales İnarritun “Babilistan” (Babel) filmi mübarizə aparıb. Münsiflər heyətinin qərarına görə, Britaniyalı aktyorlar Helen Vilen, Forest Uitaker “ən yaxşı kişi roluna”, aktrisa Cenifer Hatson isə “II dərəcəli ən yaxşı qadın roluna görə” Oskar mükafatına layiq görülüb. “Ən yaxşı qadın roluna görə” nominasiyasında 2006-cı ilin “Oskar” mükafatçısı “Kraliça” filminin qəhrəmanı Helen Mirren olub. Filmdə Şahzadə Diananın faciəli ölümü ilə bağlı meydana çıxan bir çox mürəkkəb məsələlər fonunda İngiltərə kraliçası II Yelizaveta (Helen Mirren) ilə baş nazir Tonni Bleyer (Maykl Şin) arasındakı səhnə arxasındakı münasibətlər öz əksini tapıb. 61 yaşlı aktrisa Helen Mirren “Oskar” uğrunda mübarizədə Meril Strib, Penelopa Kruz, Keyt Uinslend, Cudi Denç kimi aktrisalara qalib gəlib.
“Ən yaxşı kişi roluna görə” “Oskar” mükafatına “Şotlandiyanın sonuncu kralı” (“Last King of Scotland”) filmindəki baş roluna görə Forest Uitaker sahiblənib. O, Leanardo di Kaprio, Piter O-Tull, Uill Smit, Rayn Hoslinkə qalib gəlib. “II dərəcəli ən yaxşı kişi roluna görə” mükafat “Balaca miss Xoşbəxtlik” filmindəki roluna görə aktyor Alan Arkinə təqdim edilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında “Oskar” mükafatını tammetrajlı “Qaç” (“Happy Feet”) cizgi filmi qazanıb. Bu cizgi filmi “Avtomobillər” və “Bədheybət ev” cizgi filmlərinə qalib gəlib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR