Drezden qalereyasının rəhbərliyi gələn ay Azərbaycana səfər edəcək

Drezden qalereyasının rəhbərliyi gələn ay Azərbaycana səfər edəcək
# 28 fevral 2007 12:50 (UTC +04:00)
Drezden qalereyasının rəhbərliyi gələn ay Azərbaycana səfər edəcək. APA-nın məlumatına götə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlama verib. Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında qalereyaların əməkdaşlığı sahəsində bir sıra sənədlər qəbul olunması nəzərdə tutulub: “Martda Vyana şəhərinin Mərkəzi Kitabxanasının rəhbərinin də ölkəmizə səfəri gözlənilir. Səfər zamanı nümayəndə heyəti ilə birgə “Xəmsə” manuskriptinin layihəsinin üzərində işləri davam etdirəcəyik”. Ə. Qarayev bildirib ki, mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən Avstriya kitabxanasına təqdim olunan “Xəmsə”nin manuskriptisi artıq bərpa edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR