Fransada Pablo Pikassonun 50 milyon avro dəyərində iki əsəri oğurlanıb

Fransada Pablo Pikassonun 50 milyon avro dəyərində iki əsəri oğurlanıb
# 28 fevral 2007 14:36 (UTC +04:00)
Fransada “əsrin oğurluğu” kimi dəyərləndiriləcək cinayət hadisəsi baş verib. APA-nın məlumatına görə, naməlum şəxslər məşhur rəssam Pablo Pikassonun nəvəsinin evindən rəssama məxsus iki dəyərli əsəri oğurlayıblar. Ekspertlərin hesablamalarına görə, oğurlanan rəsm əsərlərinin “qara bazar”da qiyməti 50 milyon avrodan az deyil. Hadisənin təfərrüatları və rəssamın hansı əsərlərinin oğurlanması barədə heç bir açıqlama verilmir. Faktla bağlı təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR