Vaqif Mustafazadənin ev-muzeyində xatirə gecəsi keçiriləcək

Vaqif Mustafazadənin ev-muzeyində xatirə gecəsi keçiriləcək
# 01 mart 2007 07:45 (UTC +04:00)
Martın 16-da tanınmış cazmen Vaqif Mustafazadənin 67 yaşı tamam olur. Bu münasibətlə Vaqif Mustafazadənin ev-muzeyində xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya açıqlama verən muzeyin direktoru Afaq Əliyevanın sözlərinə görə, hazırda tədbirin proqramı hazırlanır: “Xatirə gecəsində tanınmış mədəniyyət və incəsənət xadimləri, Vaqif Mustafazadə yaradıcılığını sevənlər iştirak edəcək. Tədbirdə cazmenin həyat və yaradıcılığından söhbət açılacaq və onun xarici ölkələrdə verdiyi konsertlərin lent yazıları nümayiş olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR