Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri mükafatlandırılıb

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri mükafatlandırılıb
# 02 mart 2007 16:16 (UTC +04:00)
Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ə. Qarayev fəxri adların verilməsinin incəsənət xadimlərini daha da ruhlandıracağını bildirib. Onun sözlərinə görə, bu ada layiq görülənlərin siyahısı genişlənəcək. Daha sonra nazir əməkdar incəsənət xadimi, əməkdar artist və əməkdar rəssam adına layiq görülən mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb. Mərasimdə yalnız kişilər iştirak edib. Fəxri adlara layiq görülmüş qadınlar isə martın 7-də mükafatlandırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR