2008-ci ildə Bakıda “Avropanın mədəni irs həftəsi” keçiriləcək

2008-ci ildə Bakıda “Avropanın mədəni irs həftəsi” keçiriləcək
# 06 mart 2007 10:43 (UTC +04:00)
2008-ci ilin sentyabrında Bakıda ilk dəfə olaraq “Avropanın mədəni irs həftəsi” keçiriləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Ə. Qarayev layihənin ölkəmizdə keçirilməsini böyük hadisə adlandırıb: “Layihədə 48 ölkədən tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Mədəni irs günlərinə xüsusi proqramlar hazırlamalıyıq. O vaxta kimi teatrlarımız müasir standartlara cavab verəcək. Layihə müxtəlif teatrlarda həyata keçiriləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR