Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir işləri təxirə salınıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir işləri təxirə salınıb
# 06 mart 2007 12:00 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmirə başlamaq nəzərdə tutulmayıb. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir bu mədəniyyət obyektində təmir işlərinə digər teatrlarda təmir işləri başa çatdıqdan sonra aparılacağını vurğulayıb: “Artıq bütün teatrlarda və Heydər Əliyev adına Sarayda təmir işləri getdiyi üçün Opera və Balet Teatrının təmirini bir müddət təxirə salmışıq. Ancaq bu müddət ərzində teatrın vizual görünüşündə dəyişikliklər və layihələndirmə işləri aparılacaq. Digər teatrlarda təmir işləri başa çatdıqdan sonra isə Opera və Balet Teatrı müvəqqəti fəaliyyətini dayandıracaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR