Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılıb
# 06 mart 2007 15:24 (UTC +04:00)
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bayram münasibəti ilə bütün xanımları təbrik edib: “Azərbaycan incəsənəti daim yaşayacaq və inkişaf edəcək. Çünki sizin kimi qızıl əllərə sahib olan qadınlarımız var. Hər birimiz sizə böyük təşəkkür edirik ki, bəşəriyyəti məhv olmağa qoymursunuz”. Ə. Qarayevin sözlərinə görə, sərgidə 105 qadın rəssamın 190-dan artıq əl işləri nümayiş olunur. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov da xanımları təbrik edib və bu cür tədbirlərin ənənəvi hal alacağını vurğulayıb. İttifaq sədrinin sözlərinə görə, martın 7-də də bayram münasibəti ilə sərgilər təşkil olunacaq. Bayram sərgisi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun birgə təşkilatçılığı ilə keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR